top of page
efqan.jpg

Əfqan Baxışov

Bakı Dövlət Universitetinin Hüquq Fakültəsini fərqlənmə diplomu ilə bakalavr dərəcəsi 2001-ci ildə, daha sonra “Konstitusiya Hüququ” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə 2003-cü ildə bitirmişdir. Böyük Britaniya Hökümətinin Chevening Proqramının təqaüdçüsü olaraq 2013-2014-cü illərdə Mançester Universitetində “Korporativ idarəetmə hüququ” üzrə magistr təhsili almışdır. O, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində böyük məsləhətçi, Mərkəzi Bankın Hüquq departamentində şöbə müdiri və direktor müavini, Təhsil Nazirliyi Peşə Təhsili üzrə Agentiliyində Hüquq, İnformasiya və İnsan Resursları şöbəsinin rəhbəri, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında İdarə Heyətinin üzvü, Attestasiya Komissiyasının və Apellyasiya Şurasının Sədri vəzifələrində çalışmışdır. Hazırda “AccessBank” QSC-də Hüquq və Komplayens üzrə İcraçı Direktor vəzifəsində işləyir.

Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun dissertantı və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

bottom of page