top of page
A.Huseynov_AZERLEX.jpg

Aydın Hüseynov

Doç. Dr. Aydın Hüseynov 1996-2000-ci illərdə Türkiyə  Cümhuriyyətnin Egey Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Bakalavr, 2000-2002-ci illərdə Ankara Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Magistr və 2002-2005-ci illərdə həmin Universitetdə Tətbiqi Riyaziyyat ixtisası üzrə Doktorantura təhsilini tamamlayaraq Riyaziyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi almışdır. Fəlsəfə Doktoru elmi dərəcəsi Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya olunmuşdur. 2014-cü ildən başlayaraq Bakı Dövlət Universitetində Riyazi İqtisadiyyat Kafedrasında Elmlər Doktoru elmi dərəcəsi üçün təhsilini bu günə qədər davam etdirməkdədir. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Dosent elmi adı verilmişdir.

Kapital Bazarları və Maliyyə Alətləri, Maliyyə Cadvəllərinin Analizi, Kiçik və Orta Müəssisələrin Maliyyələşməsi, Təchizat Zəncirinin Maliyyələşməsi və Maliyyə Risklərinin İdarə Edilməsi üzrə Beynəlxalq Sertifikasiyalardan keçmişdir.

Aydın Hüseynov əmək fəaliyyətinə 2007-ci ilin Aprel ayından Yapı Kredi Bank-da Kreditlərin Təhlili Departamentinə Mütəxəssis olaraq başlamışdır. 2008-2009-cu illərdə həmin bankda Fondların İdarə Edilməsi Departamentində  Mütəxəssis kimi fəaliyyətini davam etdirmişdir. Paralel olaraq Yapı Kredi İnvest-də Qiymətli Kağızlar üzrə broker və diler kimi işləmişdir. 2009-2012-ci illərdə TuranBank-da Birja Əməliyyatları Şöbəsində müdir, 2012-ci ildən 2014-cü ilin Mart ayına qədər isə Risklərin İdarə Edilməsi Departamentinə Direktor vəzifəsində çalışmışdır.

2014-2017-ci illər ərzində Rabitəbank-da Risklərin İdarə Edilməsi və Satışın İdarə Olunması üzrə İdarə Heyətinin Sədr müavini kimi fəaliyyətini davam etdirmişdir. 2017-ci ilin Mart ayından 2019-cu ilin Dekabr ayına qədər isə müxtəlif zamanlarda AFB Bank-da Maliyyə, Əməliyyat, Risk, Daxili Nəzarət, Kredit Anderraytinq, Satış və Marketinq sahələrində İdarə Heyəti Sədrinin I müavini və İdarə Heyətinin Sədri vəzifəsinin icraçısı işləmişdir. Hazırda "AZERLEX Group" şirkətinin təlimçisidir.

bottom of page