Bank və Lizinq hüququ üzrə xidmətlər

Bank və lizinq hüququ üzrə ixtisaslaşmış komandamız müştərilərə maliyyə əməliyyatlarının bütün mərhələlərində hüquqi dəstək göstərir. Kredit və lizinq müqavilələrinin hazırlanması, risklərin qiymətləndirilməsi və hüquqi ekspertizası ilə bağlı xidmətlərimiz sayəsində tərəflər arasındakı münasibətlər daha şəffaf və təhlükəsiz şəkildə qurulur. Biz həm fiziki, həm də hüquqi şəxslərin banklarla və lizinq şirkətləri ilə münasibətlərində yarana biləcək mübahisələrin hüquqi həllini təmin edirik. Problemli kreditlər, ipoteka və girov müqavilələri üzrə hüquqi müşayiət xidmətləri təklif edirik. Eyni zamanda, bank təminatları və maliyyə əməliyyatları üzrə hüquqi rəylər hazırlayırıq. Müştərilərimizin məhkəmə və məhkəmədənkənar müdafiəsini təmin etməklə yanaşı, onlara qabaqlayıcı hüquqi həllər də təqdim edirik. Kredit və lizinq proseslərində hüquqi təhlükəsizlik axtaranlar üçün effektiv və praktik yanaşmalar təklif edirik. Hədəfimiz müştərinin hüquqi maraqlarını tam qorumaq və qarşı tərəf qarşısında güvənli hüquqi mövqe formalaşdırmaqdır. Peşəkar komandamız sizə bu sahədə yüksək keyfiyyətli hüquqi xidmət göstərməyə hazırdır.

Xidmətə nələr daxildir ?


Kredit və lizinq müqavilələrinin hüquqi təhlili və hazırlanması

Kredit və lizinq müqavilələrinin hüquqi təhlili və hazırlanması

Bank krediti və ya lizinq əməliyyatına başlamazdan əvvəl müqavilənin şərtlərinin hüquqi qiymətləndirilməsi vacibdir. Biz, sizin tərəfinizdən imzalanacaq sənədləri təhlil edir, gizli risklər, yüksək cərimə şərtləri, gecikmə faizləri, əmlakın geri alınması və digər təhlükəli bəndlərə qarşı sizi xəbərdar edirik. Eyni zamanda, özünüz lizinq xidməti göstərirsinizsə, müştəri ilə bağlanacaq müqavilələrin hazırlanmasında hüquqi dəstək veririk.
Zaminlik, girov və ipoteka müqavilələrinin hazırlanması və risklərin qiymətləndirilməsi

Zaminlik, girov və ipoteka müqavilələrinin hazırlanması və risklərin qiymətləndirilməsi

Maliyyə öhdəlikləri zamanı verilən zaminliklər, girovlar və ipoteka sənədləri həm hüquqi, həm də maddi risk daşıyır. Biz bu müqavilələrin hazırlanması və ya imzalanması zamanı hüquqi baxımdan sizin məsuliyyət səviyyənizi, ödəmə öhdəliyinin hüdudlarını, geri alına biləcək əmlakın hüquqi vəziyyətini dəqiqliklə təhlil edirik.
Bank və lizinq mübahisələrində təmsilçilik

Bank və lizinq mübahisələrində təmsilçilik

Kredit borcları, lizinq ödənişləri və bank müqavilələri ilə bağlı yaranan mübahisələrdə sizi məhkəmə və ya arbitraj orqanları qarşısında peşəkar şəkildə təmsil edirik. Eyni zamanda danışıqlar yolu ilə borcun restrukturizasiyası, güzəşt əldə olunması, və ya məcburi icra tədbirlərinin qarşısının alınması üzrə də hüquqi dəstək göstəririk.
Bank əməliyyatları üzrə hüquqi audit və compliance yoxlaması

Bank əməliyyatları üzrə hüquqi audit və compliance yoxlaması

Şirkətiniz banklar və lizinq təşkilatları ilə sıx əməkdaşlıq edirsə, bu münasibətlərin hüquqi uyğunluğunu təmin etmək üçün mütəmadi yoxlamalar vacibdir. Biz, ödəniş əməliyyatları, hesabların açılması/bağlanması, maliyyə alətlərinin istifadəsi və komplayens riskləri üzrə hüquqi audit keçiririk. Bu, xüsusilə maliyyə sektorunda fəaliyyət göstərən şirkətlər və startaplar üçün vacibdir.

Müraciət et

* Tələb olunan sahələr