Daşınmaz əmlak münasibətləri üzrə hüquq xidmətləri

Daşınmaz əmlak hüququ sahəsində müştərilərimizə həm fiziki, həm də hüquqi şəxslər üçün geniş spektrli hüquqi xidmətlər təqdim edirik. Alqı-satqı, bağışlama, dəyişdirmə və icarə müqavilələrinin hazırlanması və hüquqi ekspertizası ilə əmlak əməliyyatlarının təhlükəsizliyini təmin edirik. İpoteka, girov və digər yüklülük halları ilə bağlı hüquqi müşayiət və məsləhət xidmətləri göstəririk. Mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, sənədlərin hazırlanması və aidiyyəti dövlət orqanlarında prosedurların icrası bizim komandamız tərəfindən həyata keçirilir. Tikinti və inşaat sahəsində müqavilələrin tərtibi və layihələrin hüquqi baxımdan yoxlanması xidmətlərimizə daxildir. Əmlakla bağlı mübahisələrdə – mülkiyyət, sərhəd, ortaq mülkiyyət və digər hüquqi məsələlərdə məhkəmə və məhkəmədənkənar həll yolları təklif edirik. Daşınmaz əmlak sahəsində investisiya qoyuluşlarını hüquqi baxımdan analiz edir, riskləri qiymətləndiririk. Məqsədimiz müştərilərimizin əmlak üzərində hüquqlarını tam şəkildə qorumaq və onları hüquqi risklərdən uzaq tutmaqdır. Təcrübəli hüquqşünaslarımız sizə bu sahədə peşəkar və operativ xidmət göstərməyə hazırdır.

Xidmətə nələr daxildir ?


Əmlak alqı-satqısı üzrə hüquqi müşayiət və müqavilələrin hazırlanması

Əmlak alqı-satqısı üzrə hüquqi müşayiət və müqavilələrin hazırlanması

Əmlakın alqı-satqısı zamanı sənədlərin düzgün tərtibi, hüquqi yükün olub-olmaması, üçüncü şəxslərin iddia hüquqları, təkrar satış riski kimi vacib hüquqi məsələlər diqqətlə yoxlanmalıdır. Biz alqı-satqı müqavilələrinin hazırlanması, əmlakın hüquqi statusunun araşdırılması və notarial əməliyyatlarda hüquqi müşayiət xidməti göstəririk.
 İcarə müqavilələrinin hazırlanması və hüquqi tənzimlənməsi

İcarə müqavilələrinin hazırlanması və hüquqi tənzimlənməsi

Əmlakın icarəyə verilməsi və ya götürülməsi zamanı bağlanan müqavilələrin hüquqi baxımdan aydın və riskləri nəzərə alan formada hazırlanması vacibdir. Biz icarə müddəti, ödəniş, istifadə məqsədi, təmir öhdəlikləri və xitam şərtləri üzrə hüquqi baxımdan balanslı müqavilələr hazırlayırıq.
Əmlakın hüquqi statusunun araşdırılması və dövlət reyestrində yoxlama

Əmlakın hüquqi statusunun araşdırılması və dövlət reyestrində yoxlama

Əmlak almaq istəyən fiziki və hüquqi şəxslər üçün əmlakın çıxarışının (kupçanın) mövcudluğu, ipotekada və ya məhkəmə çəkişməsində olub-olmaması, sərhədlərin dəqiqliyi, daşınmaz əmlakın qeydiyyat tarixi və sahibliyin keçmişi barədə hüquqi yoxlama aparırıq. Bu, alıcı üçün əhəmiyyətli risklərin qarşısını alır.
İpoteka və girov münasibətlərinin hüquqi rəsmiləşdirilməsi

İpoteka və girov münasibətlərinin hüquqi rəsmiləşdirilməsi

Əgər əmlak girov və ya ipoteka predmeti kimi istifadə olunursa, bu zaman tərəflərin hüquqlarının düzgün qorunması üçün hüquqi rəsmiləşdirmə, notarial təsdiq və reyestrdə qeydiyyat prosesləri vacibdir. Biz bu prosesi başdan sona müşayiət edir, ipoteka müqavilələri və əlavə təminat sənədlərini hazırlayırıq.

Müraciət et

* Tələb olunan sahələr