Şirkətlərin yaradılması və qeydiyyatı üzrə xidmətlər

Şirkətlərin yaradılması və qeydiyyatı sahəsində müştərilərimizə “açar təhvil” prinsipi ilə hüquqi xidmətlər təqdim edirik. MMC, ASC, QSC, xarici investisiyalı şirkətlər, filial və nümayəndəliklərin qeydiyyatı proseslərini sizin adınızdan tam şəkildə həyata keçiririk. Nizamnamə, təsis müqaviləsi, qərarlar və digər hüquqi sənədlərin hazırlanması bizim vəkillər tərəfindən dəqiqliklə tərtib olunur. Qeydiyyat zamanı vergi, statistika və sosial sığorta orqanlarında tələb olunan prosedurların icrasını da öz üzərimizə götürürük. Hüquqi ünvan, təsisçi və fəaliyyət sahəsində dəyişikliklərin qeydiyyatı da daxil olmaqla şirkətin sonrakı mərhələlərdə də hüquqi müşayiətini təmin edirik. Əlavə olaraq, ləğvetmə, bölünmə və birləşmə kimi yenidən təşkil prosedurlarında peşəkar dəstək göstəririk. Şirkətlərin hüquqi formalarının seçilməsi və onların risklərinin analizində məsləhət xidməti təqdim edirik. Məqsədimiz müştərinin biznes fəaliyyətini qanuni, sürətli və etibarlı əsaslarla qurmasına dəstək olmaqdır. Təcrübəli hüquqşünaslarımız bu sahədə sizə ən effektiv hüquqi həll yollarını təklif etməyə hazırdır.


Xidmətə nələr daxildir ?


Hüquqi forma və fəaliyyət növünün seçilməsi üzrə məsləhət

Hüquqi forma və fəaliyyət növünün seçilməsi üzrə məsləhət

MMC, ASC, nümayəndəlik, filial? Hər bir hüquqi formasının öz məsuliyyət, vergi və idarəetmə modeli var. Biz biznes planınıza uyğun olaraq ən optimal hüquqi formanın seçilməsi və lisenziya tələb edən fəaliyyət növləri üzrə sizə məsləhət veririk.
Təsis sənədlərinin hazırlanması (Nizamnamə, qərar, protokol və s.)

Təsis sənədlərinin hazırlanması (Nizamnamə, qərar, protokol və s.)

Şirkətin hüquqi bazası – onun təsis sənədləridir. Biz nizamnamə, təsis qərarı, protokollar, təsisçi arayışları və digər zəruri sənədləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hazırlayırıq. Eyni zamanda fərdi və ya birgə sahiblik modellərinə uyğun uyğunlaşma da təmin edirik.
Qeydiyyat prosedurlarının icrası və elektron müraciətlərin hazırlanması

Qeydiyyat prosedurlarının icrası və elektron müraciətlərin hazırlanması

Dövlət Vergi Xidmətində onlayn qeydiyyat, ASAN xidmət vasitəsilə müraciət və digər rəsmi prosedurlar hüquqi diqqət tələb edir. Biz sizin adınızdan bütün elektron müraciətləri hazırlayır, qeydiyyat prosesini izləyir və şirkətin vergi qeydiyyatını da tamamlayırıq.
Vergi uçotu və VÖEN alınması

Vergi uçotu və VÖEN alınması

Şirkətin qeydiyyatı ilə yanaşı, onun vergi uçotuna alınması, vergi ödəyicisi nömrəsinin (VÖEN) əldə olunması və mühasibatlıq üçün ilkin sənədlərin hazırlanması da hüquqi dəqiqlik tələb edir. Biz bu mərhələdə sizə həm hüquqi, həm də ilkin mühasibat dəstəyi təklif edirik.
Bank hesablarının açılması üçün sənədlərin hazırlanması və müşayiət

Bank hesablarının açılması üçün sənədlərin hazırlanması və müşayiət

Qeydiyyatdan sonra bank hesabı açılması üçün təqdim ediləcək sənədlərin düzgün hazırlanması və bank prosedurlarının izahı vacibdir. Biz hüquqi baxımdan tələb olunan sənədləri hazırlayır və sizi bank prosesi boyunca müşayiət edirik.
Xüsusi lisenziyalar və icazələrin alınması (əgər tələb olunursa)

Xüsusi lisenziyalar və icazələrin alınması (əgər tələb olunursa)

Əgər fəaliyyət sahəniz maliyyə, sığorta, təhsil, tibb, tikinti və s. kimi lisenziyalaşdırılan sektorlardadırsa, müvafiq icazə və lisenziyaların alınması üçün sənədlərin hazırlanması və orqanlara hüquqi müraciətlərin təşkili də xidmətimizə daxildir.

Müraciət et

* Tələb olunan sahələr