top of page
O.Oruj_AZERLEX.jpg

Orxan Oruczadə

Orxan Oruczadə Azərbaycan Dövlət Pedagoji Universitetində psixologiya istiqaməti üzrə bakalavr və magistr, Belçika Ghent universitetində magistr təhsili alıb. Bakıda müxtəlif psixologiya mərkəzlərində çalışıb. 2012-2014-cü illərdə Avropa Gənc Psixoloqlar Assosasiyasının Azərbaycan üzrə milli nümayəndəsi olub. 2017-ci ildə ölkəmizdə keçiriləcək Avropa Gənc Psixoloqlar Assosasiyasının 31-ci ümumavropa qurultayının təşkilat komitəsinin həmsədridir. Türkiyədə İstanbul Marmara Universitetində və “Nörokey” Fərdi və Təşkilati İnkişaf  Mərkəzində təcrübə keçib. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondunun V qrant müsabiqəsinin qaliblərindən biri, abituriyentlərin ixtisas seçimi ilə bağlı həyata keçirilən “Peşəm gələcəyimdir” layihəsinin rəhbəri olmuşdur. “Gənc Psixoloqlar” ictimai birliyinin həmtəsisçisidir. Hal-hazırda təşkilatın sədri vəzifəsi üzrə idarə heyətinin üzvü və "AZERLEX Group" şirkətinin təlimçisidir.

bottom of page