top of page
Seymur%20Quliyev_AZERLEX_edited.jpg

Seymur Quliyev

Quliyev Seymur  05.03.1988-ci il tarixində Türkmənistan Respublikasının Krasnavodsk şəhərində anadan olmuşdur. O, 1994-2005-ci illərdə Nəsimi rayonu 35 saylı orta məktəbdə təhsil almış və 2010-cu ildə Qafqaz Universitetinin Biznesin Təşkili və İdarəedilməsi ixtisasını fərqlənmə diplomu ilə kafedra birincisi kimi bitirmişdir. 2011-2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Xarici Təqaüd” proqramının təqaüdünü qazanmış və Böyük Britaniyanın Stirlinq Universitetində marketinq üzrə magistratura təhsili almışdır. Quliyev Seymur Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) dissertantıdır və brendləşmə strategiyaları üzrə doktorluq dissertasiyası üzərində çalışır.

15.09.2012-ci il tarixindən indiyə kimi Azərbaycanın nüfuzlu universitetlərindən olan Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin MBA proqramında lektor kimi çalışır və marketinq və biznes üzrə analitik fənləri tədris edir. “İdarəetmənin Əsasları” adlı kitabın 2009 və 2014-cü illərdə çap edilmiş birinci və ikinci nəşrinin müəlliflərindən biridir. Almaniyada 2015-ci ildə çap edilmiş “Sponsorluğun Marketinq Kommunikasiyarında Yeri: SOCAR təcrübəsi” adlı kitabın müəllifidir.

2008-ci ildən Marketinq sahəsində əmək fəaliyyətinə başlamışdır və hal hazırda SOCAR-da biznes analitik olaraq iş fəaliyyətini davam etdirir.

Eyni zamanda, "AZERLEX Group" şirkətinin təlimçisidir.

bottom of page