top of page
Tural%20Abbasli_AZERLEX_edited.jpg

Tural Abbaslı

Tural Abbaslı 2007-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini İqtisadiyyat və İdarəetmə sahəsi üzrə fərqlənmə diplomu ilə bitirmiş və 2010-cu ildə eyni universitetdə magistr dərəcəsinə yiyələnmişdir. 2004-2007-ci illərdə müxtəlif media orqanlarında çalışmışdır. 2008-ci ildən yerli turizm şirkətlərində marketinq kommunikasiyaları üzrə menecer kimi fəaliyyətə başlamış, daha sonra 2009-2017-ci illərdə Azərbaycanın aparıcı şirkətləri olan «Mətanət A» Şirkəti, Veysəloğlu MMC, “BSC” Konsaltinq və Autsorsinq MMC-də Marketinq Departament direktoru kimi fəaliyyətini davam etdirmişdir. Marketinq kommunikasiyaları sahəsi üzrə Türkiyədə müxtəlif təlim və seminarların iştirakçısı olmuşdur.2016-cı ildən marketinq kommunikasiyaları mərkəzi kimi fəaliyyət göstərən "COMUNICAL MMC"-nin təsisçisi və direktorudur. Praktik olaraq 15 ilə yaxın fəaliyyəti zamanı bir çox tədbirlərin spikeri, müxtəlif dövlət və özəl layihələrin iştirakçısı və rəhbəri olmuşdur. Bu günədək 50-ə yaxın markanın kommunikasiya proqramının müəllifi olmaqla yanaşı, PR sahəsi üzrə aparıcı şirkətlərin konsultantı və layihə meneceri kimi fəaliyyətini davam etdirmişdir. USAİD, KOBİA kimi qurumların layihələri üzrə təlimçi və konsultantdır. Yüzlərlə tələbə və gənclərə Marketinq Kommunikasiyaları barəsində seminar və təlimlər keçmişdir. Hal-hazırda bu tələbələrdən bir çoxu ölkənin qabaqcıl şirkətlərində marketinq və marketinq kommunikasiyları strukturunda aparıcı vəzifələrdə çalışır, eyni zamanda fərdi sahibkarlıqla məşğuldur. Eyni zamanda ölkəmizdə keçirilmiş ilk beynəlxalq "Marketinq Sammiti" layihəsinin həmtəsisçisi, "Marketinq Sammiti 2017" layihəsinin spikeri olmuşdur. 2018-ci ildə isə rəhbəri oldu COMUNİCAL şirkətinin təşkilatçılığı ilə "Marketinq Sammiti 2018" layihəsi 3 ölkdən 10 –a yaxın spikerin və 300 nəfərlik auditoriyanın iştirakı ilə baş tutmuşdur. Çap olunacaq «Marketinqin Prinsipləri» adlı kitabın müəlliflərindən biridir. «Marketinq & Menecment” adlı biznes jurnalının, «BrandMap Türkiyə» Jurnalının Azərbaycan üzrə yazarı və baş redaktorudur.

Eyni zamanda, "AZERLEX Group" şirkətinin direktorudur.

bottom of page